Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Altı yaşlı uşağın barmaqları kəsildi - Səbəb

Altı yaşlı uşağın barmaqları kəsildi - Səbəb

Tarix: 1 Avqust 2022 18:46

Rusiyada Tatarıstanda altı yaşlı uşaq Kazanın Qorki parkında mahnı oxuyan fəvvarələrdə çimərkən ayağının üç barmağını itirib.

Sonxeber.net bildirir ki, bu barədə "Mash İptash" Telegram kanalına xəsarət alan uşağın atası məlumat verib.

Kişinin dediyinə görə, o, ailəsi ilə birlikdə Kazana dincəlmək üçün Sverdlovsk vilayətindən gəlib. Qorki parkında gəzinti zamanı uşaqlar fəvvarədə çimmək qərarına gəliblər, onlardan biri yıxılıb və qışqırıb. "Biz yerdə üç qoparılmış barmaq gördük. Uşaq ayağından tutdu, barmaqlarının kəsildiyi görünürdü", - deyə kişi xatırlayır.

Uşaq üzərində ilk əməliyyat dörd saat ərzində aparılıb. Uşağın ayağındakı üç barmaq zədə nəticəsində qismən amputasiya olunub, birləşdirilib, ancaq ikisi kök salıb.

Xəsarət alan uşağın atası bildirib ki, ertəsi gün parka qayıdanda hadisə yerində heç bir maneə və ya qadağanedici işarə görməyib, uşaqlar orada oynamağa davam ediblər. Eyni zamanda fəvvarələrə xidmət göstərən şirkət həmin şəxsin sözlərinə görə, meydançanın əyləncə üçün yaradıldığını və təmirə bağlanmasının nəzərdə tutulmadığını bildirib. Təzminat olaraq onun nümayəndələri yaralı uşağın valideynlərinə 30 min rubl (480 dollar) ödəyiblər.

Öz növbəsində, Parklar və Meydanlar Müdirliyinin əməkdaşları barmağını itirən uşağa pulsuz dondurma vəd edib və onu parkda gəzintiyə dəvət ediblər, yazı müəllifləri bildiriblər.

İrfan Vəliyev


Etiketlər:  Altı yaşlı uşağın barmaqları kəsildi Səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ