Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vahid Ələkbərov 4 milyard zərərə düşdü

Vahid Ələkbərov 4 milyard  zərərə düşdü

Tarix: 2 Avqust 2022 08:44

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 60,25 milyard dollar azalıb.

2022-ci il avqustun 1-nə olan məlumata görə, sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyard dollara düşən "Severstal"ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən "yoxsullaşmış" milyarderləri siyahısına başçılıq edir.

"Blumberq" Milyarderlər İndeksinə görə, ilin əvvəlindən "Novatek"in sədri Leonid Mixelson 5,73 milyard dollar itirib və onun sərvəti 26,7 milyard dollara qədər azalıb. NLMK sədri Vladimir Lisin 5,5 milyard dollar yoxsullaşıb və hazırda sərvəti 22,5 milyard dollar təşkil edir.

Həmçinin, il ərzində "Lukoyl"un eks-prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib. Onun sərvəti 2022-ci ilin əvvəlinə olan məlumata görə 17,8 milyard dollar qiymətləndirilib.


Etiketlər:  Vahid Ələkbərov milyard zərərə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ