Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Dağlıq Qarabağ münaqişəsini yaxın zamanlarda həll etmək lazımdır

Səfir: Dağlıq Qarabağ münaqişəsini yaxın zamanlarda həll etmək lazımdır

Tarix: 24 Sentyabr 2019 18:10

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini yaxın zamanlarda həll etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “John Batchelor show” populyar radio verilişində deyib.

Verilişin aparıcısı Con Beçelor diqqəti azərbaycanlı hərbçi Ramin Abdurrəhmanovun ermənilər tərəfindən qətlə yetirilməsinə yönəldib.

E.Süleymanov bildirib ki, bu cür hallar davam etməkdədir:

“Təəssüf ki, daha bir insident baş verdi. Bu cür hallar davam edir. Atəşkəs rejiminin pozulması nəticəsində bizdə həm hərbçilər, həm də dinc sakinlər həlak olur. Erməni tərəfi də əziyyət çəkir. Bu münaqişəni yaxın zamanlarda həll etmək lazımdır. Vəziyyət çox həssasdır və status-kvo dayanıqlı deyil”.

Səfir bildirib ki, Azərbaycanın bütün diplomatik səyləri insanların bu münaqişənin tez bir zamanda həll olunmasının zəruriliyinin anlamasına yönəlib.

O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın son təxribatçı açıqlamalarını şərh edərək deyib ki, bu cür bəyanatlar Ermənistanın özünə ziyan vurur:

“Onlar bunu başa düşmür və bu, çox kədərlidir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səfir Dağlıq Qarabağ münaqişəsini yaxın zamanlarda həll etmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ