Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2022 18:14
Avstraliyanın Melburn şəhər sakini boşanması şərəfinə məclisdə işləyən yarıçılpaq ofisiantla eşq yaşayıb, onunla evlənib və uşaq dünyaya gətirib.
Sonxeber.net bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Bir neçə il əvvəl 29 yaşlı Qabriella ərindən boşanıb və boşanmasının şərəfinə ziyafət təşkil etmək qərarına gəlib. O, üstü paltarsız işləyən ofisiantları dəvət edib.
Ofisiantlardan biri, 28 yaşlı Con Landolfi onun marağını görüb və ertəsi gün qadına yazaraq özünü necə hiss etdiyini soruşub. Axşam yenidən görüşən cütlük bir ay sonra birlikdə yaşamağa qərar verib. Tezliklə Con Qabriellaya evlilik təklifi edib və qadın razılaşıb.
Qadın polikistik yumurtalıq sindromundan əziyyət çəkdiyi üçün hamiləlik xəbəri onu təəccübləndirib. Toydan iki həftə əvvəl o uşağı düşürüb, lakin bir neçə ay sonra yenidən hamilə qalıb. Bu dəfə uşaq xilas edilib. Yeni doğulan oğluna Matteo adı verilib.
İrfan Vəliyev