Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" - "Ferensvaroş" oyununda İKİ QOL VURULDU - VİDEO - FOTO

Tarix: 3 Avqust 2022 22:00

20:34

"Qarabağ" - "Ferensvaroş" - 1:1

Qollar: Frank Boli ("Ferensvaroş", 17-ci dəqiqə), Ovusu Kvabena ("Qarabağ", 34)

---------

20:17

"Qarabağ" - "Ferensvaroş" - 0:1

Qol: Frank Boli (17-ci dəqiqə)

---------

20:00

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq. Milli.Az matc.az-a istinadən bildirir ki, Ağdam klubu Macarıstanın "Ferensvaroş" komandası ilə qarşılaşacaq.

Rusiyalı mütəxəssis Stanislav Çerçesovun baş məşqçisi olduğu komanda ilə görüşdə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunun dolu tribunaları önündə mübarizə aparacaq. "Qarabağ" ilk matçda qələbə qazanmaqla, cavab oyununa üstün durumda yollanmağa çalışacaq. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Qurban Qurbanovun komandası bu mərhələyədək Çempionlar Liqasında Polşa "Lex"ini və İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırıb.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
3 avqust

Qarabağ - Ferensvaroş 0:0 (1-ci hissə)
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç).
Bakı. T.Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Ferensvaroş: 90. Deneş Dibus (k), 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristoffer Zakariassen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni.
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 5. Məhəmməd Beşiç, 15. Adnan Kovaçeviç, 19. Balint Veçei, 23. Lorand Paska, 25. Rasmus Telander, 28. Karlos Auski, 44. Stepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş.
Baş məşqçi: Stanislav Çerçesov.

Milli.Az


Etiketlər:  Qarabağ Ferensvaroş oyununda İKİ QOL VURULDU VİDEO FOTO


RƏYLƏR