Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Corabında qadağan olunmuş əskinas keçirtdi

Corabında qadağan olunmuş əskinas keçirtdi

Tarix: 3 Avqust 2022 20:10

Yeni Zelandiyadan olan turist Şimali Koreyaya məxsus əskinası corabda gizlədərək sərhəddən keçirib.

Sonxeber.net bildirir ki, o, bu barədə Reddit-dəki paylaşımında danışıb.

Yeni Zelandiyadan olan səyahətçi Con Şimali Koreya turunda olduğunu iddia edib. Dayanacaqların birində o, görməli yerləri gəzdirən avtobusun sürücüsünün əlində beş min Şimali Koreya vonu (təxminən 5,6 dollar) dəyərində qeyri-adi əskinas görüb. Pulda keçmiş prezident Kim İr Sen təsvir olunub.

Bələdçinin izah etdiyi kimi, bu əskinaslar artıq dövriyyədə deyil. Onlar yalnız bəzi yerli sakinlərdə qalıb və ümumiyyətlə, əcnəbilər üçün əlçatan deyil. Onları ölkədən çıxarmaq qadağandır.

Sürücü məmnuniyyətlə nadir əskinasın eyni nominallı on yeni əskinasla dəyişdirilməsinə razılıq verib. Con onu sərhəddən keçirməyə qərar verib və hər ehtimala qarşı corabda gizlədib.

Səfərdən qayıtdıqdan sonra o, bu hekayəni paylaşıb. Onun gözləntilərinin əksinə olaraq, çoxları ona mənfi reaksiya verib. İstifadəçilərdən biri şübhə edib ki, bir növ suvenir naminə belə risklərə getməyə dəyməz. Başqa birisi yazıb ki, KXDR hakimiyyəti turistlə əskinasları kimin dəyişdirdiyini öyrənmək üçün bütün avtobus sürücülərini həbs edə bilər.

İstifadəçilər amerikalı tələbə Otto Vombierlə bağlı olan hadisəni də xatırlayıblar. O, Şimali Koreya otellərindən birindən təbliğat posterini oğurladığı üçün 15 il məcburi əmək cəzasına məhkum edilib.

İrfan Vəliyev


Etiketlər:  Corabında qadağan olunmuş əskinas keçirtdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ