Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 08:14
Bakının Nəsimi və Nərimanov rayonlarında dava baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hər iki hadisə qeyri-etik ifadəyə görə olub.
Belə ki, Memar Əcəmi metrostansiyasının yaxınllğında 36 yaşlı Əliyev Nizaməddin Mübariz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Analoji hadisə Nərimanov rayonunda özəl klinikanın qarşısında qeydə alınıb.
1987-ci il təvəllüdlü Məmmədov Musa Fəxrəddin oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onların vəziyyəti ağırdır.