Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzində QANDONDURAN HADİSƏ - ANBAAN DƏHŞƏTLİ VİDEO

Bakının mərkəzində QANDONDURAN HADİSƏ - ANBAAN DƏHŞƏTLİ VİDEO

Tarix: 6 Avqust 2022 21:32

Sosial şəbəkələrdə Bakıda kişinin küçənin ortasında ölümcül döyüldüyünü əks etdirən video yayılıb.

APA xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA TV-nin sorğusuna cavab olaraq bildirib ki, hadisə avqustun ikisində gecə saatlarında paytaxtın Nəsimi rayonunda üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O, istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, hadisə zamanı döyülən şəxs xəstəxanaya yerləşdirilib.

Milli.Az


Etiketlər:  Bakının mərkəzində QANDONDURAN HADİSƏ ANBAAN DƏHŞƏTLİ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ