Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 18:00
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 100 ABŞ dollarına çatıb.
"APA-Economics" xəbər verir ki, avqustun 8-də Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərraclarıın açılışında sentyabr fyuçerslərinin qiyməti 2 100 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,6% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.