Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq

“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq

Tarix: 9 Avqust 2022 09:16

Məşhur mesajlaşma proqramı "WhatsApp" yeni məxfilik parametri əldə edəcək.

Milli.Az Sfera.az-a istinadən bildirir ki, tərtibatçılar istifadəçilərə telefon nömrələrini qrup üzvlərindən gizlətmək imkanı verəcək funksiyanı sınaqdan keçirirlər.

Qrupa qoşulduqda istifadəçi onun telefon nömrəsini kimin görəcəyini özü seçə biləcək. İlkin olaraq, nömrə bütün qrup üzvlərindən gizlədiləcək.

Yeni parametr qrup haqqında məlumat bölməsində yerləşir. Bu funksiya Android üçün "WhatsApp" beta 2.22.17.23 versiyasında peyda olub.

Milli.Az


Etiketlər:  Whatsappda daha bir yenilik Nömrəni gizlətmək mümkün olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ