Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 13:52
Çexiya Gənclər Liqasının oyununda qəribə hadisə baş verib.
Qol.az xəbər verir ki, "Beroun" - "Slani" matçına yan xətt hakimi Milan Sefara sərxoş halda çıxıb.
Laynsman dəfələrlə yerə yıxılaraq tamaşaçıları şənləndirib. Hazırda Mərkəzi Bogemiya Regional Futbol Assosiasiyası insidenti araşdırır.
Alkoqol qəbul etdiyi sübuta yetiriləcəyi təqdirdə, hakimi ciddi cəza gözləyir.