Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlar ölü analarının yanında 8 saat təyyarədə uçmalı olublar

Uşaqlar ölü analarının yanında 8 saat təyyarədə uçmalı olublar

Tarix: 10 Avqust 2022 05:02

Həyat yoldaşı və azyaşlı uşaqları ilə birlikdə Honq-Konqdan evə uçan britaniyalı turist havaya qalxdıqdan iki saat sonra ölüb.

Sonxeber.net bildirir ki, "The Mirror" xəbər verir ki, mərhum uçuşun son səkkiz saatında öz oturacağında, yaxınlarının yanında qalıb.

Nəşrin məlumatına görə, Helen Rods son 15 ildə ailəsi ilə birlikdə xaricdə yaşayır. Uçuşun əvvəlində qadın möhkəm yuxuya gedib, bir müddət sonra əri onun nəfəs almadığını görüb. Təyyarə yalnız Frankfurtda eniş edib.

İndi qadının dostları ərinə cəsədin Böyük Britaniyaya daşınması xərclərini ödəməyə kömək etmək üçün ianə kampaniyasına başlayıblar. Faciəli ölümün səbəbləri, eləcə də hadisənin baş verməsi ilə bağlı digər hallar araşdırılır.

İrfan Vəliyev


Etiketlər:  Uşaqlar ölü analarının yanında saat təyyarədə uçmalı olublar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ