Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Tarix: 10 Avqust 2022 12:52

Avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Milli.Az


Etiketlər:  Sabahın hava proqnozu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ