Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Neftçi'' ilə oyunda qollarımın davamını gətirmək istəyirəm''

''''Neftçi'' ilə oyunda qollarımın davamını gətirmək istəyirəm''

Tarix: 10 Avqust 2022 21:44

Avstriyanın "Rapid" komandasının yarımmüdafiəçisi Patrik Qrayl Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb. Sonxeber.net matc.az-a istinadən bildirir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Maraqlı qarşılaşma olacaq. "Neftçi"nin fərdi cəhətdən güclü futbolçuları var. Amma evdə oynamağımız bizə əlavə ruh verir. Səfərdə uduzsaq da, bu görüşdə mütləq qalib gəlməliyik".
 
Qrayl cari mövsüm yavaş-yavaş formaya düşdüyünü söyləyib: "Sabahkı qarşılaşmada da qollarımın davamını gətirmək niyyətindəyəm".
 
Oyunçu "penaltilər seriyası üçün xüsusi məşqlər keçmisinizmi" sualını isə bu cür cavablandırıb: "Toplanış zamanı məşqlərdə bunu həmişə etmişik. Ehtiyac duyulacağı təqdirdə, penaltilərdən dəqiq yararlanmağa çalışacağıq".
 
Sabah baş tutacaq "Rapid" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.


Etiketlər:  Neftçi ilə oyunda qollarımın davamını gətirmək istəyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ