Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 15:25
Britaniya əsilli amerikalı müğənni, musiqiçi və "Mumford & Sons" qrupunun solisti Markus Mamford altı yaşında cinsi istismara məruz qaldığını açıqlayıb. O, etiraf edib ki, baş verənlər uşaqlıqda qeyri-sağlam cinsi davranışa səbəb olub. Həmin hadisədən sonra gələcək ifaçı özünü əxlaqsız aparmağa başladığını da qeyd edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sənətçinin yeni "Self-Titled" solo albomu, eləcə də ən populyar mahnısı olan "Cannibal" yaşadığı travmaya həsr olunub.
Mamfordun yeni albomunun buraxılışı sentyabrın 16-da planlaşdırılır.