Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 16:50
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytaracaq, biz Qarabağa dönəcəyik. Bunun üçün işlər görürük.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev “Qarabağın Harayı” adlı ədəbi-bədii tədbirdə çıxışı zamanı deyib.
T.Gəncəliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar potensialının tükənmədiyini bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyanın son sərsəm açıqlamalarından sonra qısa olaraq onun yaddaşını tələzəmək üçün xatırlatmaq istəyirəm ki, biz - Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsdiq olunmuş sənədləri ilə maraqlı tərəfik. Biz azərbaycanlılar qovulduğumuz o yerlərə qayıdacağıq. Bunun üçün zəmin hazırlamaq lazımdır və hazırlanır. Ölkə rəhbərliyi bununla bağlı danışıqlarda iştirak edir və danışıqlar potensialı tükənməyib. Danışıqlarla bağlı ümidlərimizi itirməmişik. Ermənilərin ifşa edilməsində, informasiya siyasətində üstünlük əldə edilməsi üçün hər birimiz fəaliyyət göstəririk, ermənilərin yalanlarının ifaş edilməsi üçün informasiya müharibəsini davam etdiririk”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin