Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağsuda yol tikintisinə 3,2 milyon manat ayrılıb

Ağsuda yol tikintisinə 3,2 milyon manat ayrılıb

Tarix: 12 Avqust 2022 16:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (19 km)-Ərəbmehdibəy-Dədəli-Qasımbəyli-Xəlilli-Mustafalı-Göydəlləkli-Təklə-Dəlilər-Qaraqoyunlu-Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (19 km)-Ərəbmehdibəy-Dədəli-Qasımbəyli-Xəlilli-Mustafalı-Göydəlləkli-Təklə-Dəlilər-Qaraqoyunlu-Kəndoba avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 3,2 milyon (üç milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az


Etiketlər:  Ağsuda yol tikintisinə 32 milyon manat ayrılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ