Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2022 13:24
Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, körpənin ölümü ilə bağlı cinayət işi başladılıb. Baş verən hadisədə uşağın 20 yaşlı anasını əli olduğu hesab edilir.
Araşdırma zamanı məlum olub ki, körpənin 20 yaşlı anası və atası spirtli içki qəbul etdikdən sonra mübahisəyə başlayıblar. Bu zaman qadın: "Sənə nifrət edirəm!" - deyə qışqıraraq uşağı yerə çırpıb.
Qadın rəsmi nikahda olmayıb. Son üç ay ərzində o, iki oğlu ilə tək yaşayıb. Üç yaşlı uşaq atasına verilib.