Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 20:06
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, beynəlxalq və regional nəqliyyat layihələrinin tam gücü ilə işləməsi üçün həyata keçirilən irihəcmli işlər barədə qonağa ətraflı məlumat verib.
Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xətti sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı, cari ilin 16-24 iyul tarixlərində DB-nin layihə ilə bağlı ölkəmizdə olan faktaraşdırıcı missiyanın səfərinin nəticələri, “Azərbaycan Dəmir Yolları” QSC-də İdarəetmənin təkmilləşdirilməsi, İnstitusional islahatların aparılması və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən instusional və struktur islahatları barədə müzakirələr aparılıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə İcraçı Direktoru Verner Qruber və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi iştirak edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin