Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2019 00:24
Bakı. Trend:
Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə etdilər və əməkdaşlığın inkişafı üçün mövcud olan potensialı vurğuladılar.
Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi apardılar və bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxundular.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin