Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la matç tarixdə qalıb'' - Çerçesov

''Qarabağ''la matç tarixdə qalıb'' - Çerçesov

Tarix: 14 Avqust 2022 19:12

"Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstan klubunun rəsmi saytına müsahibə verib.

Rusiyalı mütəxəssis Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a uduzmaları (1:1, 1:3) ilə bağlı da qısa fikir bildirib.

"Qarabağ"la matç artıq tarixdə qalıb. Mərhələ keçə bilmədiyimizə görə təəssüflənirik. Amma irəli baxmalıyıq. Çünki qarşıda mühüm qarşılaşmalar var. "Fehervar"la çempionat görüşünə köklənmişik. Rəqibi analiz etmişik və oyuna tam hazırıq" - deyə Çerçesov bildirib.

Milli.Az


Etiketlər:  Qarabağla matç tarixdə qalıb Çerçesov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ