Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mane “Liverpul”un 150 əməkdaşına hədiyyələr göndərib

Mane “Liverpul”un 150 əməkdaşına hədiyyələr göndərib

Tarix: 15 Avqust 2022 15:32

Sadio Mane "Liverpul"un heyətinə birgə işlərinə görə təşəkkür edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, futbolçu klubun əməkdaşlarına 150 hədiyyə göndərib.

O, bu yolla təmizlikçi xanımdan mühafizəçiyə qədər hər kəsə minnətdarlığını bildirib.

Hər bir işçi Sadionun şəkli olan şokolad və əlyazması olan açıqca alıb.

Qeyd edək ki, futbolçu "Liverpul"da altı mövsüm keçirdikdən sonra bu yay "Bavariya"ya keçib.


Etiketlər:  Mane Liverpulun əməkdaşına hədiyyələr göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ