Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Britaniya vətəndaşını meymun dişlədi - Xəstəxanalıq oldu

Bakıda Britaniya vətəndaşını meymun dişlədi - Xəstəxanalıq oldu

Tarix: 26 Sentyabr 2019 09:28

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda xarici turisti meymun dişləyib.

Trend-in məlumatına görə, hadisə ötən gün Səbail rayonunda baş verib. Böyük Britaniya vətəndaşı olan 1960-cı il təvəllüdlü Donovan Debra Jayneni meymun dişləyib. Sol qolundan xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə, turistə ilkin tibbi yardım göstərilib və quduzluğa qarşı iynə vurulub. Həkimlərin yardımından sonra D.Donovan öz istəyi ilə ambulator müalicəyə yola salınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Britaniya vətəndaşını meymun dişlədi Xəstəxanalıq oldu


RƏYLƏR