Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Londonda sel basıb - FOTO

Londonda sel basıb - FOTO

Tarix: 18 Avqust 2022 08:34

İngiltərənin paytaxtı London da daxil olmaqla, ölkənin cənub bölgələrindəki şəhər və qəsəbələrdə güclü yağış səbəbindən daşqın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sel nəqliyyatın hərəkətini iflic edib.

Böyük Britaniya Meteorologiya İdarəsi ölkənin cənub hissələri üçün sarı hava xəbərdarlığı edib.

Paytaxt Londonda güclü yağış səbəbindən dəmiryolu nəqliyyatında səfərlər təxirə salınıb.

Bəzi metrostansiyalarda subasma səbəbindən hərəkət dayandırılıb.

Güclü yağış evlərə və iş yerlərinə ziyan vurub.

İnsanlar binalarda və avtomobillərdə köməksiz vəziyyətdə qalıb.

Milli.Az


Etiketlər:  Londonda sel basıb FOTO


RƏYLƏR