Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxudan oyatdılar, qəzəblənib təyyarəni dağıtdı

Yuxudan oyatdılar, qəzəblənib təyyarəni dağıtdı

Tarix: 18 Avqust 2022 20:32

"GOL Airlines"ın sərxoş sərnişini Braziliyanın San-Paulu hava limanına endikdən sonra salonu dağıdıb.

Milli.Az bildirir ki, bu barədə Daily Mail yazır.

Nəşrin məlumatına görə, 34 yaşlı kişi təyinat yerinə enməzdən 30 dəqiqə əvvəl yuxuya gedib. Uçuş hava limanına çatdıqdan sonra stüardessalar turisti oyatmağa çalışsalar da, o, oyanmayıb. Daha sonra həkim olduğu üzə çıxan sərnişinlərdən biri ona qlükoza iynəsi vurub.

Yuxudan ayılandan sonra səyyah qəzəblənib və özünü nalayiq aparmağa başlayıb. O, oturacaqlarının arxasına təpik vurub və soruşmadan iynə vurulduğu üçün hamıya qışqırıb.

"GOL Airlines"ın nümayəndələri bildiriblər ki, inyeksiya qərarını sərnişinlərin təhlükəsizliyi diktə edib. Nəticədə dava edən şəxs polis bölməsinə aparılıb. O, təyyarəyə ziyan vurmaqda ittiham olunub. Kişinin günahı sübuta yetirilərsə, onu iki ildən beş ilədək həbs gözləyir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Yuxudan oyatdılar qəzəblənib təyyarəni dağıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ