Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2022 17:54
Su kəməri partladığı üçün evlər suyun altında qalıb. Binəqədi rayon 1-ci mədən küçəsinin sakinləri 10 gündən artıqdır ki, yaranmış vəziyyətdən əziyyət çəkir. Sakinlər dəfələrlə aiddiyəti qurumlara müraciət etsələr də problem hələ də həllini tapmayıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, evlər arasında ən pis vəziyyətdə olan qəsəbə sakini Elşən Ələkbərova məxsusdur. Onun həyəti ilə yanaşı evinin bütün otaqları suyun içindədir.
Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirilib ki, sözügedən ünvandakı fərdi yaşayış evləri magistral su kəmərinin üzərində qanunsuz olaraq tikilib. Hazırda qəza briqadası tərəfindən su axıntısının qarşısının alınması üçün lazımi tədbirlər görülür.