Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla birbaşa aviaəlaqənin açılması Litva üçün prioritetlərdən biridir (ÖZƏL)

Azərbaycanla birbaşa aviaəlaqənin açılması Litva üçün prioritetlərdən biridir (ÖZƏL)

Tarix: 26 Sentyabr 2019 15:15

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla birbaşa aviaəlaqənin açılması Litva üçün prioritetlərdən biridir.

Bu barədə özəl olaraq Trend-ə Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Litva hava marşrutlarının genişləndirilməsində maraqlıdır və prioritet istiqamətlərdən biri Azərbaycanla birbaşa daimi reyslərdir:

“Bizə Azərbaycan tərəfinin iki ölkənin hökumətləri arasında hava əlaqəsi barədə sazişin razılaşdırılması prosesinin davam etdirilməsinə maraqlı olduğunu bildiriblər. Biz də Azərbaycanın Avropa İttifaqının (Aİ) ümumi hava məkanına daxil olması barədə danışıqların gedişatında maraqlıyıq”.

Qurumdan bildiriblər ki, “Şərq tərəfdaşlığı” regionunda nəqliyyat infrastrukturunun inkişafı Avropanın mehriban qonşuluq siyasətinin vacib elementidir:

“Litva Avropa İttifaqının üzvü olmaqla Trans-Avropa nəqliyyat şəbəkəsinin “Şərq tərəfdaşlığı” ölkələrinin nəqliyyat şəbəkəsinədək genişləndirilməsini dəstəkləyir. Litva Azərbaycanı Aİ ilə nəqliyyat əlaqəsinin təkmilləşdirilməsinə yönəlmiş mövcud proqramlar və mexanizmlər çərçivəsində sıx əməkdaşlığa dəvət edir”.

Nazirlikdən əlavə ediblər ki, ölkə nəqliyyat sahəsində Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığı alqışlayır və onun uğurlu inkişafına inanır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanla birbaşa aviaəlaqənin açılması Litva üçün prioritetlərdən biridir ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ