Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2022 09:32
Türkiyənin Zonquldağ vilayətində Serkan Uzun adlı şəxs kazinoya buraxılmadığı üçün ofisiantı güllələyib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Serkan Uzun ofisiant tərəfindən içəri buraxılmadıqdan sonra evinə gedib, silahını çörəyin arasına qoyub, sonra kazinoya daxil olaraq ofisianta atəş açıb. O, ofisiantı ayağından yaralayıb.
Hadisəyə şahid olan məkan sahibinin qardaşı Yunus Aydın da Serkan Uzuna atəş açaraq onu yaralayıb.
Hər iki şəxslə bağlı cinayət işi başlanıb.