Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaz sayğacları dəyişdirildi, abonentlərə cərimə yazıldı - VİDEO

Qaz sayğacları dəyişdirildi, abonentlərə cərimə yazıldı - VİDEO

Tarix: 22 Avqust 2022 16:12

Balakəndə qaz sayğacları yenisi ilə əvəz olunan abonentlərin bəziləri cərimələnib.

Səbəb isə sayğacın qaz sərfiyyatını az göstərməsi olub.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Balakəndə 1 il əvvəl sayğaclar yenisi ilə əvəz olunsa da sakinlərin bəzilərinə akt tərtib olunaraq müxtəlif məbləğlərdə cərimələr göndərilib.

Balakənin Püştətala, Kortala və İtitala kəndində yaşayan təbii qaz abonentlərinə nəzarətçi tərəfindən cərimə aktları təqdim edilib. Sakinlərə bildirilib ki, laboratoriyadan keçirilmiş sayğacların bəzilərində nasazlıq aşkar edilib.

Kənd sakinləri isə bunun düzgün olmadığını deyirlər. İddia edirlər ki, bu günə qədər qaz sərfiyyatının ödənişində heç bir  gecikmə və qalıq borc olmayıb. Onlar yaranmış nasazlığa görə yazılmış cəriməni ödəməkdən imtina edirlər. Sakinlərin digər narazılığı isə odur ki, sayğaclar abonentlərə məlumat verilmədən dəyişdirilib.

Məsələ ilə bağlı kənd sakinlərindən bəziləri "Azəriqaz"ın qaynar xəttinə yaranmış problemi izah etsələr də qarşı tərəfdən cərimə aktının tam düzgün tərtib olduğu deyilib. Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, vətəndaşlar tətbiq olunan cərimə ilə razılaşmırlarsa, məhkəməyə müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  sayğacları dəyişdirildi abonentlərə cərimə yazıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ