Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimatı keçiriləcək

Bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimatı keçiriləcək

Tarix: 26 Sentyabr 2019 20:25

Bakı. Trend:

Sentyabrın 27-də saat 15.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, layihənin rəhbəri və ideya müəllifi Xalq artisti, bəstəkar Aygün Səmədzadədir.

“Azərbaycan 100 mahnıda” klaviri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Klavirdə Azərbaycan bəstəkarlarının 100 il ərzində bəstələdiyi 100 mahnını cəmləşdirən "Azərbaycan 100 mahnıda" kitabı təqdim edilmişdir. Toplu dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə Dövlət Himni ilə açılır və 100 il ərzində yazılan, tanınan və sevilən mahnılardan bir çoxunu əhatə edir. Burada Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Oqtay Rəcəbov, Müslüm Maqomayev, Aygün Səmədzadə, Cavanşir Quliyev kimi bəstəkarların mahnıları öz əksini tapır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bəstəkar Aygün Səmədzadənin Azərbaycan mahnıda layihəsinin təqdimatı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ