Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avropa Liqasında maksimum nəticəyə çalışacağıq''

''Avropa Liqasında maksimum nəticəyə çalışacağıq''

Tarix: 24 Avqust 2022 07:50

"Oyuna yaxşı hazırlaşmışdıq, yaxşı mübarizə apardıq".

Sonxeber.net matc.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə keçirilən cavab oyunu barədə danışarkən deyib. 

Bakıda rəqibi ilə qolsuz bərabərə qalan və Plzendə 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.
 
Müdafiəçi oyundan sonra "CBC Sport" telekanalına açıqlamasında bunları deyib: "Təəssüf ki, iki qol buraxdıq və mərhələni adlaya bimədik. Mərhələni adlamağı çox istəyirdik. Komanda şəklində hamımız vuruşduq, əlimizdən gələni etdik. Amma sonda məğlub olduq. Avropa Liqasında da əlimizdən gəldiyi qədər maksimum nəticə qazanmağa, qalibiyyətlər əldə etməyə çalışacağıq. Təəssüf ki, xalqımızı sevindirə bilmədik. Dəstəklərdən xəbərimiz var idi. Bütün azarkeşlərə təşəkkür edirəm".


Etiketlər:  Avropa Liqasında maksimum nəticəyə çalışacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ