Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa: “Fənərbağça” qrupa darmadağınla vəsiqə qazandı

Avroliqa: “Fənərbağça” qrupa darmadağınla vəsiqə qazandı

Tarix: 26 Avqust 2022 07:22

Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, qarşılaşmaların ardından qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komandanın adına aydınlıq gəlib.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbaxça" Avstriyanın "Austriya" (Vyana) komandasını, "Sivasspor" isə İsveç "Malmö"sünü qəbul edib. İstanbul klubu ilk matçda 2:0 hesablı qələbə qazanmışdısa, sivaslılar rəqibinə uduzmuşdu - 1:3. Elə cavab oyunlarında da "Fənərbağça" qələbəyə sevindiyi halda, Sivas klubu məğlubiyyətlə üzləşib və Avroliqa ilə vidalaşıb.

"Qarabağ"ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı İsveçrə "Sürix"i Şotlandiyada "Harts"ın, Macarıstasn "Ferentsvaroş"u İrlandiyada "Şemrok Rovers"un qonağı olub. Cavab görüşlərində sərfəli nəticə qazanan Sürix və Budapeşt təmsilçiləri Avroliqanın qrup mərhələsinə vəsiqə əldə ediblər.

Avropa Liqası
Pley-offun cavab oyunları
25 avqust

AEK (Larnaka, Kipr) - Dnepr-1 (Ukrayna) 3:0
İlk oyun - 2:1

Jalgiris (Litva) - Ludoqorets (Bolqarıstan) 3:3
İlk oyun - 0:1

Silkeborq (Danimarka) - HJK (Finlandiya) 1:1
İlk oyun - 0:1

Fənərbağça (Türkiyə) - Austriya (Vyana, Avstriya) 4:1
İlk oyun - 2:0

Omoniya (Kipr) - Gent (Belçika) 2:0
İlk oyun - 2:0

Şerif (Moldova) - Pünik (Ermənistan) 0:0 (penaltilər 3:2)
İlk oyun - 0:0

Sivasspor (Türkiyə) - Malmö (İsveç) 0:2
İlk oyun - 1:3

Harts (Şotlandiya) - Sürix (İsveçrə) 0:1
İlk oyun - 1:2

Olimpiakos (Yunanıstan) - Apollon (Kipr) 1:1 (penaltilər 3:1)
İlk oyun - 1:1

Şemrok Rovers (İrlandiya) - Ferentsvaroş (Macarıstan) 1:0
İlk oyun - 0:4

Milli.Az


Etiketlər:  Avroliqa Fənərbağça qrupa darmadağınla vəsiqə qazandı


RƏYLƏR