Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tehranın bitməyən erməni sevgisi - Bu sancılı mərəzin səbəbi nədir?

Tehranın bitməyən erməni sevgisi - Bu sancılı mərəzin səbəbi nədir?

Tarix: 26 Avqust 2022 12:51

İllər uzunu İranda hakimiyyətə kimlərin gəlməsindən asılı olaraq, Azərbaycana daim qısqanclıq, Ermənistana isə dəstək nümayiş olunub. Bu dəstək Azərbaycan müstəqillik əldə etdikdən sonra daha qabarıq hiss olunub. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi 90-cı illərdə də, işğalın davam etdiyi 30 il ərzində də belə olub. İllər uzunu ermənipərəst mövqeyi ilə seçilən, Ermənistana hər cür yardımlar edən İran erməni rəsmilərinin də etiraf etdiyi kimi onlar üçün nəfəslik rolunu oynayıb. Əməldə İran Ermənistana müxtəlif gizli yollarla yardım edən bir nömrəli ölkə olub və bu gün də belədir.

44 günlük Vətən müharibəsi zamanı da İran əsl simasını ortaya qoydu. Gah Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığını bildirdi, gah da öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına imkan yaratdı. Həmin vaxt İranın silah daşımasına məhz bu ölkədəki soydaşlarımızın kəskin etirazından sonra ara verdiyi danılmaz faktdır. İran müharibə zamanı susdu. O zaman ala-yarımçıq bir mövqe ortaya qoydu, hansı ki, Azərbaycan artıq cəbhədə tam üstünlük qazanmışdı və ölkəmizin parlaq qələbə qazanacağı şübhə doğurmurdu.

İran heç vaxt müsəlman və qonşu dövlət kimi Ermənistanın insanlığa sığmayan müharibə cinayətlərinə etiraz səsini qaldırmayıb, haqqın, ədalətin yanında durmayıb. İran Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına susmamalı idi. Bu müqəddəs yerlərdə vaxtilə donuzların saxlanılması, ilk növbədə İranı narahat etməli idi.

Maraqlıdır, biz də müsəlman ölkəsi olduğumuz halda, niyə İran Ermənistanla dostluq edir? Müsəlman qardaşlaırnın şəhid edildiyi Xocalı soyqırımına susdu? Eyni zamanda Cənubi Azərbaycanda otuz milyondan çox soydaşımız ana dilində təhsil ala bilmir, amma bir ovuc erməninin öz dilində məktəbi, dərgiləri və s. var. Qeyri-rəsmi məlumatlara görə, 70 milyondan arıq əhalisi olan İranda 30 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1,2 milyon ərəb və 100 min erməni yaşayır. İranın Konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur.  İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır. Məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur.

Elə bu günlərdə İranda keçirilən "Ermənistan heç vaxt İranın təhlükəsizliyinə təhdid olmayıb" adlı konfrans  da bundan xəbər verir. İranın "diyarmirza" saytı xəbər verir ki, ötən gün Gilan Universitetinin Gilanşünaslıq İnstitutunda Gilan və onun Qafqazın gələcək inkişafında rolu mövzusunda xüsusi tədbir təşkil edilib. Sözügedən tədbir Gilanın bölgənin gələcəyində yerini nəzərə alaraq "Qafqazın inkişafında Gilanın rolunun və əhəmiyyətinin araşdırılması" məqsədi ilə keçirilib. Konfransa qatılan professorlar regionda baş verən proseslərdən, böyük dövlətlərin Qafqaza müdaxiləsindən və Gilan vilayətinin Qafqazla ticarətindəki yeri və əhəmiyyətindən danışıblar. İrəvan Universitetinin İranşünaslıq fakültəsinin müəllimi Artyom Tonoyan da 2020-ci ildə 44 günlük savaşdan (Qarabağ) sonra İran və Ermənistan arasında əlaqələrin perspektivlərini təhlil edərək vurğulayıb: "Ermənistan heç vaxt İranın təhlükəsizliyinə təhdid olmayıb və həmişə İranın yanında olub". Tədbirin əsas mahiyyəti elə onun gedişində üzə çıxıb. Gilan Universitetinin üzdəniraq professoru Yaser Kərəmzadə Qafqaz bölgəsində və Qərbi Gilanda yayılmış böyük talış xalqı haqqında çıxış edib. O, talış dili və mədəni arealından söz açaraq, talışların "Qafqazda mühüm iranlı etnik qruplardan biri kimi rolunu, bu böyük xalqın özünü iranlı saymaqla yanaşı, həmişə vətənini (İran) sevdiyini vurğulayıb". Bəli, bununla da əsas öz çirkin hədəflərini ortraya qoymuş olublar. Azərbaycanda separatizm kimi ilklər uzunu nail olmaq istədikləri hədəfi ortaya qoymuş olublar. Lakin anlamalıdırlar ki, öz çirkin hədəflərinə heç bir zaman nail olmayacaqlar. 44 günlük İkinci Qarabağ zəfəri bunun bariz nümunəsidir. Azərbaycan xalqı yumruq kimi birləşərək 30 illik işğala son qoydu və bu möhtəşəm qələbədə hər bir soydaşımızın əvəzsiz rolu oldu. Demək istədiyimiz odur ki, bu kimi çirkin və iyrənc təbliğat elə onların öz başında çatlayacaq.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Tehranın bitməyən erməni sevgisi Bu sancılı mərəzin səbəbi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ