Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 08:18
Dağ xəstəliyi dəniz səviyyəsindən 2000 m yüksəklikdə olduqda atmosfer təzyiqinin aşağı düşməsi ilə bağlı baş verən xəstəlikdir.
Simptomları:
Yüngül formada baş ağrısı, ürəkbulanma, tənəffüsün pozulması, tez-tez ürəkdöyünmə, aktivliyin zəfləməsi və azalması ilə müşayiət olunur. Dəniz səviyyəsindən 3000 m hündürlükdə ciddi vəziyyət yaranır, yuxarıdakı simptomlardam savayı iştahanın pozulması, yuxusuzluq, periodik tənəffüs nəticəsində arabir yuxu ( insan bu zaman müəyyən müddət normal nəfəs alır, sonra 10-15 saniyə dayanır, buna görə o, yuxudan ayılır). Tənəffüs çətinləşir, qusma, tez-tez öskürək, koordinasiyanın pozulması və hüşün itməsi baş verir. Bu zaman insanı aşağı endirmək və ya barokameraya yerləşdirmək lazımdır. Barokamerada süni olaraq yüksək atmosfer təzyiqi yaradılır.
Siz nə edə bilərsisniz:
Dağ xəsətəliyinin qarşısını almaq üçün yüksəkliyə yavaş-yavaş qalxmaq lazımdır. Əgər yüksəkliyə qalxmaq uçuşla bağlı birdən baş verəcəksə xüsusi dərman maddələrindən istifadə etmək lazımdır. Həkim uçuşa 2-3 gün qalmış xüsusi dərman maddələri təyin edəcək. Uçuş zamanı orqanizmdə maksimal mayeni saxlamaq lazımdır, beləki susuzluq dağ xəstəliyinə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, soyuqda dəniz səviyyəsindən yüksəklikdə tərlə buxarlanma zamanı maye itirilir.
Profilaktik tədbirlər:
Yaşın, fiziki hazırlığın, hər hansı xəstəliyin dağ xəstəliyinə aidiyyatı yoxdur. Əgər kimsə keçmişdə bu xəstəliyə tutulubsa bu o demək deyil ki, o şəxs gələcəkdə bu xəstəliyə tutulacaq və ya əksinə keçmişdə bu xəstəliklə üzləşməyən şəxs də bu xəstəlikdən sığortalanmayıb.