Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sosial şəbəkə Mariyanın bu görünüşünü müzakirə edir - FOTO

Sosial şəbəkə Mariyanın bu görünüşünü müzakirə edir - FOTO

Tarix: 27 Avqust 2022 22:40

Tvitterdə Arnold Şvartsneggerin keçmiş həyat yoldaşı Maria Şriverin görünüşü müzakirə olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Los-Ancelesdə gəzintidə makiyajsız görüntülənib.

İstifadəçilər 66 yaşlı xanımın uğursuz plastik əməliyyatını tənqid ediblər. Hətta onu yadplanetlilərə bənzədiblər.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı qızı olan Mariya Şrayver 1986-cı ildə Arnold Şvartseneggerlə ailə həyatı qurub. Evlilikdə cütlüyün dörd övladı var: Ketrin, Kristina, Patrik və Kristofer. Cütlük boşandıqlarını 2011-ci ildə Şvartseneggerin ev işçisi Mildred Baena ilə oğlu olduğu məlum olanda elan etmişdi.

Milli.Az


Etiketlər:  Sosial şəbəkə Mariyanın bu görünüşünü müzakirə edir FOTO


RƏYLƏR