Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Babayev yüksək vəzifəyə təyin olundu

Arif Babayev yüksək vəzifəyə təyin olundu

Tarix: 29 Avqust 2022 13:30

Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

Milli.Az xəbər verir ki, bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Sənayesi Nazirliyindən məlumatı APA-ya təsdiqləyiblər.

Milli.Az


Etiketlər:  Arif Babayev yüksək vəzifəyə təyin olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ