Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu yolla hotellərdə pulsuz dincəldilər

Bu yolla hotellərdə pulsuz dincəldilər

Tarix: 29 Avqust 2022 16:12

Fırıldaqçılar Türkiyədə hotellərdə pulsuz dincəlməyin yolunu tapıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Turprom" Türkiyə mətbuatına istinadən yazır.

Nəşrin məlumatına görə, fırıldaqçılar "indi istirahət et, sonra ödə" xidmətinin variasiyası olan "poçtla ödəmə" (Mail Order) adlanan pul köçürmə sistemindən istifadə edirlər.

Həmin şəxslərin əsasən avropalılar, ilk növbədə britaniyalılar oluğu qeyd edilir.

Fırıldaqçılar "Mail Order" ödəmə opsiyasından istifadə edərək hotel bron edir, Türkiyədən qayıtdıqdan sonra isə ödənişdən imtina edirlər. 3-4 aydan sonra bank tərəfindən göndərilən ödəniş tapşırığına cavab olaraq banka heç bir hoteldə qalmadıqlarını bildirirlər.

Bu vaxta qədər yerləşdirmə obyektləri turistin gəlişi faktını sübut edə bilmir, çünki orada quraşdırılan videokameraların çəkilişləri bir aydan sonra təmizlənir.


Etiketlər:  yolla hotellərdə pulsuz dincəldilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ