Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 16:33
Dahi Azərbaycan şairi, şərqin böyük mütəfəkkiri Nizami Gəncəvinin Gəncədəki məqbərə kompleksində çatlar yaranıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 1947-ci ildə ilk dəfə şairin qəbirüstü türbəsinin yerində inşa olunan məqbərədə 1991-ci ildə yenidən əsaslı təmir və tikinti işləri aparılıb.
Ərazi böyüdülüb, məqbərənin önündən keçən magistral yolun üzərində körpü inşa olunub. Elə hazırda yaranmış vəziyyətə də bu yolda avtomobillərin hərəkəti nəticəsində yaranan titrəyişlərin səbəb olduğu bildirilir.
2011-2012-ci illərdə aparılan təmir işləri zamanı körpünün daşıyıcı sütunları yanında gücləndirici dayaqlar qoyulub. Ancaq bu da zamanla yeni çatların yaranmasına mane ola bilməyib.
Məqbərə kompleksinin direktoru Gülnarə İsmayılova deyib ki, artıq Mədəniyyət Nazirliyinin əlaqədar qurumları məqbərə kompleksində zəruri təmir işlərinə başlanması istiqamətində müvafiq işlər aparırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: