Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəbir üç yaşlı uşağı parçalamaq istədi

Bəbir üç yaşlı uşağı parçalamaq istədi

Tarix: 29 Avqust 2022 22:06

Hindistanın Karnataka ştatının Bandipur şəhəri yaxınlığındakı kəndlərdən birində yaşayan üç yaşlı uşaq bəbirin hücumuna məruz qaldıqdan sonra sağ qalıb.

Milli.Az bildirir ki, bu barədə "Khabarhub" məlumat yayıb.

Sulabh Parliyar evinin həyətində oynayarkən yırtıcı onu tutub sürüyərək uzaqlaşdırmaq istəyib. Uşağın qohumları, o cümlədən anası Lakşmi Pariyar olanları görüb vəhşi heyvanın dalınca qaçıblar. Onlar yırtıcının ağzında olan uşağı ölümdən xilas edə biliblər, bir müddət sonra bəbir onu buraxıb qaçıb.

Uşaq ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, həkimlər onu təcili əməliyyat ediblər. Xəstəxananın direktoru Dayaram Lamsal əməliyyatın uğurlu keçdiyini və uşağın vəziyyətinin yaxşılaşdığını bildirib. Zərərçəkmiş artıq reanimasiyadan ümumi palataya köçürülüb. O, ciddi boyun zədəsi almış, lakin nəfəs borusu və əsas qan damarları sağlam idi.

Lamsal əməliyyatın pulsuz aparıldığını qeyd edib. Valideynlər yalnız dərman üçün pul ödəməli olacaqlar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Bəbir üç yaşlı uşağı parçalamaq istədi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ