Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu müəllimlərin maaşı 30 faiz ARTACAQ

Bu müəllimlərin maaşı 30 faiz ARTACAQ

Tarix: 30 Avqust 2022 21:36

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Prosesə ilkin mərhələdə 11 min ibtidai sinif müəllimi cəlb edilib. Sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahani mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayanların maaşına isə 10 faiz aylıq əlavələr ediləcək.

Proses 30 avqust - 1 sentyabr tarixlərini əhatə edəcək.

Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə ibtidai sinif müəllimləri cəlb edilib. Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim olunur. Hər bir düz cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir etmir. Cavablandırılmayan suallar isə sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə minimum 20 bal toplayan namizədlər sertifikatlaşdırılmış hesab ediləcək.

İmtahanda iştirak edən müəllimlər sualların çətin olmadığını bildiriblər.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşlarına təsir edəcək.

Hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək. İlk mərhələdə uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq. Təkrar sertifikatlaşdırmada iştirak edənədək həmin müəllimlərin dərs yükü və maaşları azaldılmayacaq.

Milli.Az


Etiketlər:  Bu müəllimlərin maaşı 30 faiz ARTACAQ


RƏYLƏR