Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balqabaqla 61 km üzdü - VİDEO - FOTO

Balqabaqla 61 km üzdü - VİDEO - FOTO

Tarix: 31 Avqust 2022 19:26

Nebraskada (ABŞ) maraqlı bir rekorda imza atılıb. Belə ki, Sirakuzadan olan macəraçı Dueyn Hansen nəhəng balqabaqda çay boyunca 38 mil (61 km-dən çox) üzərək yeni rekorda imza atıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, təxminən 400 kq ağırlığında nəhəng balqabağın içində Missuri çayı boyunca üzüb. Məlumata görə, avarlı "qayıq"la yerli vaxtla səhər saat 7:30 radələrində başlayan 61 kilometrlik səyahət axşam saat 18:30 radələrində başa çatıb.

Beləliklə Hansen balqabaqda üzmək üzrə "Ginnesin Rekordlar Kitabı"na düşüb.


Etiketlər:  Balqabaqla üzdü VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ