Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 08:51
Almaniya Ukraynaya silah yardımı edilməsinin artıq mümkün olmadığını açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Almaniyanın müdafiə naziri Kristin Lambrext açıqlama verib.
"Müdafiə naziri kimi etiraf etməliyəm ki, Almaniya Silahlı Qüvvələri Ukraynanı silahla təmin edə bilməyəcək", - nazir bildirib.
Rusiyaya qarşı müdafiə məqsədi ilə Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya silah yardımı edildiyini bildirən Lambrext, yardımların davam edəcəyi təqdirdə "Almaniya Silahlı Qüvvələri milli və müttəfiqlik müdafiəsini təmin etməkdə problemlər yaşaya bilər" deyib.