Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yuventus” qalib gəldi, “Napoli”dən xal itkisi

“Yuventus” qalib gəldi, “Napoli”dən xal itkisi

Tarix: 1 Sentyabr 2022 09:02

İtaliya A seriyasında 4-cü turun oyunları davam edir.

İkinci oyun günündə daha 5 qarşılaşma keçirilib.

"Empoli" - "Verona", "Sampdoriya" - "Latsio" və "Napoli" - "Leççe" oyunlarında 1:1 hesabı qeydə alınıb. "Udineze" "Fiorentina"nı, "Yuventus" isə "Spetsiya"nı məğlub yola salıb.

31 avqust

"Empoli" - "Verona" - 1:1
Qol: 
Baldanzi, 26 - Kallon, 69.

"Sampdoriya" - "Latsio" - 1:1
Qol: 
Qabbyadini, 90+2 - İmmobile, 21.

"Udineze" - "Fiorentina" - 1:0
Qol
: Beto, 17.

"Yuventus" - "Spetsiya" - 2:0
Qol:
 Vlahoviç, 9. Milik, 90+2.

"Napoli" - "Leççe" - 1:1
Qol: 
Elmas, 27 - Kolombo, 31

Qeyd edək ki, turnir cədvəlinə 10 xalla "Roma" başçılıq edir. "İnter" 9 xalla 2-cidir. "Napoli", "Yuventus", "Milan" və "Latsio" 8 xalla sonrakı pillələrdə yer alıblar.

Milli.Az


Etiketlər:  Yuventus qalib gəldi Napolidən xal itkisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ