Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Dammın oğlu Bakıya gəldi - FOTOlar

Van Dammın oğlu Bakıya gəldi - FOTOlar

Tarix: 1 Sentyabr 2022 10:40

Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə ailəsi ilə bağlı paylaşımlar edib. 

Mili.Az axşam.az-a istinadən xəbər verir ki, Suada və Kristofer Avropa gəzintisindən sonra Azərbaycana gəliblər. Pianoçu həyat yoldaşı ilə valideynlərinin görüntüsünü yayımlayıb. 

O bildirib ki, Kristofer onların evində qonaq olub. 

Qeyd edək ki, Kristofer və Suada ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Bir müddət əvvəl isə cütlük Avropa gəzintisinə çıxaraq, orada görüşüblər.

Milli.Az


Etiketlər:  Van Dammın oğlu Bakıya gəldi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ