Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serbiya və İordaniya səfirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olublar - FOTO

Serbiya və İordaniya səfirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olublar - FOTO

Tarix: 2 Sentyabr 2022 10:20

Serbiya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin və İordaniya Haşimilər Krallığının fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə səfər ediblər.

Görüş zamanı IX Qlobal Bakı Forumunun nəticələri təqdim olunmuş və X Qlobal Bakı Forumuna hazırlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək Yaxın Şərqdə və Balkanlardakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi "Nizami Gəncəvi ili" elan edilmişdir. Səfirlərə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi" adlı kitabı təqdim olunmuşdur.


Etiketlər:  Serbiya İordaniya səfirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olublar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ