Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 17:10
NASA sentyabrın 27-də yeni eksperiment həyata keçirəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, eksperiment idarəolunan zondla toqquşdurulma vasitəsilə asteroidin istiqamətinin dəyişdirilməsini nəzərdə tutur.
Alimlər asteroidi DART zondu ilə vurmağa çalışacaqlar. Planlaşdırıldığına görə, toqquşma asteroidin trayektoriyasını dəyişdirməlidir. Bu, bəşər tarixində ilk belə təcrübə olacaq.
Sözügedən asteroid Yer üçün təhlükəli hesab olunmur. Eksperiment sadəcə olaraq Yer kürəsini gələcəkdə belə təhlükələrdən qoruyan sistemin mümkünlüyünü nümayiş etdirmək üçün aparılır.