Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:24
Estoniyanın milli dəmir yolu şirkəti "Eesti Raudtee" Rusiyaya qarşı sanksiyalara görə 2022-ci ildə təxminən 20 milyon avro itirəcək.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə "Vikerraadio" radiostansiyasının efirində şirkətin idarə heyətinin sədri Kaydo Zimmermann məlumat verib.
"Bu il biz təxminən 20 milyon avro almayacağıq, bunun üçün dövlət artıq bizə 12 milyon avro ayırıb, ona görə də bu gün 8 milyon avroya ehtiyac var"-deyə, o bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə "Eesti Raudtee"nin planlaşdırılan kəsiri təxminən 25 milyon avro təşkil edəcək.
Zimmermann izah edib ki, 2021-ci ilin avqustunda Estoniyaya üç sərhəd keçidindən gündə orta hesabla 7,5 qatar keçib və hazırda bu rəqəm üçü keçmir.