Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toydan sonra ilk dəfə kamera qarşısına keçdilər - FOTOSESSİYA

Toydan sonra ilk dəfə kamera qarşısına keçdilər - FOTOSESSİYA

Tarix: 3 Sentyabr 2022 10:16

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin həyat yoldaşı Nikola Peltzlə "Hong Kong Vogue" jurnalının kamerası önünə keçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük çoxuşaqlı ailələrdə böyüdükləri üçün bu ənənəni davam etdirmək istədiklərini bildiriblər.

"Çox uşaq istəyirəm, amma qərar Nikolaya aiddir" deyə, Bruklin vurğulayıb.

"Anam mənim ən böyük nümunəm və yaxşı dostumdur. Mən də ana olacağım günü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, mən də onun qədər yaxşı ola bilərəm" deyə, Nikola əlavə edib.

Bruklinin həyat yoldaşının mehribanlığını və həssaslığını sevdiyini, onun haqqında hər şeyin gözəl olduğunu qeyd edib. O, ömrünün qalan hissəsini Nikola ilə keçirmək istədiyini anladığı anı isə belə xatırlayır:

"Bu, Londonda mənim yanıma ilk gələndə baş verdi. O gedəndə eyni reysdə sonuncu bileti aldım və onunla birlikdə Nyu Yorka qayıtdım. O an anladım ki, bir daha onunla ayrılmaq istəmirəm".

Milli.Az


Etiketlər:  Toydan sonra ilk dəfə kamera qarşısına keçdilər FOTOSESSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ