Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 21:32
Məşhur aktyor Genco Erkalin səhnədə halı pisləşib.
İyul ayında koronavirusa yoluxan və bütün tamaşalardakı çıxışını ləğv edən 84 yaşlı sənətçi yenidən səhnəyə qayıdıb.
Şimali Kipr Türk Cümhuriyyətində "Şahdamarım" tamaşasını oynayarkən qəfildən vəziyyəti pisləşib.
Tamaşaçılar Genco Erkalın narahatlığının tamaşanın bir parçası olduğunu düşünüblər. Musiqiçilər hadisəni fərq etdikdən sonra aktyora ilk tibbi yardım göstərilib.
Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan Erkalın təzyiqi aşağı düşdüyündən pisləşdiyi bildirilib.
Aktyor bir müddət xəstəxanada müşahidə altında qalacağı deyilib.