Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alt paltarlarını zibilliyə atdı – Keçmiş birinci xanımı qəzəbləndirən olay

Alt paltarlarını zibilliyə atdı – Keçmiş birinci xanımı qəzəbləndirən olay

Tarix: 3 Sentyabr 2022 22:40

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Ağ Evdən ayrılarkən bəzi məxfi sənədləri evinə apardığı düşünülən keçmiş prezidenti Donald Trampın evinə basqınının əks-sədası davam edir.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yenidən prezidentliyə namizəd olduğunu açıqlayan Trampın sərt açıqlamalar verməsinə səbəb olarkən, onun həyat yoldaşı Melaniya Trampın da şəxsi əşyalarına müdaxilə edilməsindən çox narahat olduğu bildirilib.

Amerika mətbuatı Melaniya Trampın "təmizlik xəstəsi" olduğunu, FTB-nin axtarışlarından sonra əşyalarını yerdə görəndə əsəbləşdiyini yazır.

Melaniyanın hətta ərinə belə şəxsi əşyalarına toxunmasına icazə vermədiyini qeyd edən mənbələr hadisədən sonra keçmiş birinci xanımın bütün alt paltarlarını zibilliyə ataraq, böyük alış-veriş etməli olduğunu deyirlər.

Donald Tramp da evinə edilən basqından sonra verdiyi açıqlamada belə demişdi:

"Birinci xanımın şkaflarını və paltarlarını qarışdırdıqlarını öyrəndim. Hər yeri dağıdıb gediblər".

Milli.Az


Etiketlər:  Alt paltarlarını zibilliyə atdı Keçmiş birinci xanımı qəzəbləndirən olay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ